29.05.2018
Salyan rayon Heydər Əliyev Mərkəzi "Milli Qurtuluş günü" ilə əlaqədar olaraq "Heydər Əliyevin siyasi irsi, milli ideologiyanin inkişafına xidmət edir" mövzusunda silsilə tədbirlərə başlayıb. İlk tədbir Salyan rayon Mərkəzi Xəstəxanasında keçirildi. Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Mərkəzin elmi işçisi Lumu Qədirova, Həkimlərdən Əhmədov Ramazan, Ağabəyov İlqar, Hüseynov Nurlan mövzu ətrafında geniş məruzə ilə çıxiş edərək, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşdülər. "Qutuluş günü"nə həsr olunmuş qısa film nümayiş olundu.