29.05.2018
29.05.2018-ci il tarixdə Biləsuvar rayon Mədəniyyət Mərkəzində MKS-nin Uşaq şöbəsinin kollektivi “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və uşaqları, valideynlər iştirak etmişdir. Çıxış edənlər uşaqlara göstərilən diqqət və qayğıdan danışmış, bütün bunlara görə ölkə rəhbərliyinə öz minnətdarlığlarını ifadə etmişlər. Tədbirdə istedadlı uşaqların ifasında konsert proqramları, rəqslər və səhnəciklər nümayiş etdirilmişdir.