08.06.2018
Salyan rayon Heydər Əliyev Mərkəzində 15 İyun "Milli Qurtuluş Günü" münasibətilə növbəti dəyirmi masa keçirilib. Mərkəzin əməkdaşı Ülviyyə Ağalarova ümummilli lider Heydər Əliyevə həsr olunan “Dahi rəhbər Heydər Əliyev və Salyan” kitabını təhlil edib. Kitabda ulu öndər Heydər Əliyev haqqında rayon ziyalılarının xatirələri və ürək sözləri yer alıb. Təhlildən sonra Mərkəz, təhsil və mədəniyyət nümayəndələrinin kitab ətrafında maraqlı müzakirələri başlanılıb. Müzakirələrdə dahi rəhbər Heydər Əliyevin Salyana və salyanlılara dərin məhəbəttindən, respublika daxilində səfərlərini məhz birinci olaraq Salyandan başlamasından, Azərbaycan dilinə olan sonsuz sevgisi və diqqətindən söz açılıb.