30.06.2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Salyan rayonunda "100 illik tariximiz” başlığı altında "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı keçirildi.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
Festival çərçivəsində Mədəniyyət Nazirliyinin 15 Regional Mədəniyyət İdarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və s. əl işləri nümayiş etdirilib. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları olub.
"Bölgələrdən-bölgələrə" Yaradıcılıq Festivalında Salyan rayon Mədəniyyət Mərkəzinin "Cəngi" Xalq Kollektivi, "Muğan" rəqs qrupu və "Sevinc" instrumental ansamblının çıxışları böyük maraqla qarşılanıb.