Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bizim Musiqi”

14.09.2018

Salyan rayon Mədəniyyət Mərkəzində 18 sentyabr Milli Musiqi Gününə həsr olunan “Bizim Musiqi” adlı gecə keçirilib. Gecəni giriş sözü ilə açan Mərkəzin direktoru Lətif Zərbəliyev Azərbaycan musiqi dünyasından danışıb. Sonra çıxış edənlər Mədəniyyət Mərkəzinin əməkdaşları Kürçaylı Məmmədov, Xalidə Bəşirova, Leyla Babayeva, şəhər 1 saylı klubun müdiri Həqiqət Əsgərova, Salyan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva Milli Musiqi Gününün Azərbaycan mədəniyyət və incəsənətində bir bayram kimi qeyd olunduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, 1995-ci ildən bəri dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub. O, Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavrayıb, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaradan böyük bəstəkar ömrünün təqribən 45 ilini bu işə həsr edib. 1908-ci ilin yanvarında tamaşaya qoyulan ilk Azərbaycan operası «Leyli və Məcnun»un müəllifi Ü.Hacıbəyli yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaradıb. Bundan başqa onun dünya şöhrətli bəstəkar Müslüm Maqomayevlə tale qardaşı olduğu da diqqətə çatdırılıb. Gecədə Üzeyir Hacıbəyliyə həsr olunan videoçarx, “Arşın mal alan”, “Üzeyir ömrü” filmlərindən fraqmentlər nümayiş olunub.