08.10.2018
Salyan rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli Bəy Hüseynzadənin Türkiyədən gətirilmiş rəsm əsərləri sərgilənir. Bu əsərlər ekskursiyaya gələnlər tərəfindən maraqla qarşılandı.Qonaqlarımız rayon 2 saylı məktəbin müəllim və şagird kollektivi oldu.