18.10.2018
17 Oktyabr 2018-ci il tarixdə Biləsuvar rayon Tarix-Diyarşünaslıq Muzeyində "18 Oktyabr Azərbaycan Respublikasnın Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı sərgi-tədbir keçirilmişdir. Tədbirdə şəhər 6 saylı məktəbin şagirdləri iştirak etmişlər. Məktəblilər 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş muzey əməkdaşlarının hazırladıqları video-çarxa baxmışlar. Tədbirin sonunda məktəbli gənclər muzeydə yeni eksponatların sərgisinə də tamaşa etmişlər