14.11.2018
Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin təşəbbüsü və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri: nəzəriyyə və təcrübə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə İxtisasartırma Mərkəzinin əməkdaşları, mədəniyyət sahəsi üzrə mütəxəssislər, təhsil işçiləri və tədqiqatçılar mövzu ətrafında müasir mədəniyyətin aktual problemlərinə həsr olunan məruzələr etdilər və yerli mədəniyyət işçiləri ilə birlikdə müzakirələr apardılar.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.