16.10.2017
Salyan Rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqillik günü ilə əlaqədar "Tariximizin müstəqillik yolu" adlı tədbir keçirilmişdir. Tədbirdə Salyan rayon ümumtəhsil məktəblərinin şagirdləri və müəllim heyəti iştirak etmişdir.İlk öncə məktəblilər Heydər Əliyev Mərkəzini ekskursiya etmiş, muzeylə tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova tədbiri giriş sözü ilə açaraq müstəqillik tariximiz haqqında geniş məruzə ilə çıxış etdi. Sonra Müstəqillik tarixi haqqında qısa film nümayiş etdirildi. Mərkəzin böyük elmi işçisi Lumu Qədirova geniş mühazirə ilə çıxış edərək tariximizin müstəqillik dövrünü xronoloji ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırdı.Tədbir şagird və müəllimlərin müzakirəsi ilə davam etdi. Sonda Mərkəzin direktoru şagirdlərə müstəqil Azərbaycanın gələcəyi naminə yüksək zirvələri fəth etmələrini, ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmalarını arzulayaraq tədbiri sonlandırdı.