23.11.2018
Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rəsmi dövlət nümayəndələri, təhsil və mədəniyyət işçiləri iştirak edirdilər.
Məclisi giriş sözü ilə açan Regional İdarənin rəis müavini Rəfiqə Cəfərova sənətkarın 125 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı prezidentin müvafiq sərəncamı haqqında məlumat verdi.
Mərasim “Dirili Qurbani” saz-söz məclisi üzvlərinin çıxışları ilə davam etdi. Məclisin rəhbəri, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru T.Abbaslı, Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru T.Şirvanlı, Azərbaycan Aşıqlar Birliyinin üzvləri M.Hüseynli, G. Kəlbəcərli, P.Laçınlı və digər saz və söz ustaları Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş şeir və musiqi çələngi təqdim etdilər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.