30.10.2017
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün İş planına uyğun olaraq 30.10.2017 il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində tanınmış uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilmişdir. Görüşdə yazar Solmaz Amanova uşaqlarda mütaliə marağını artırmaq üçün görülən işlər və nəşr olunan ədəbiyyatlar barədə onlara məlumat vermişdir. Tədbir uşaqlar tərəfindən çox boyük maraqla qarşılanmışdır. Sonda yazar tərəfindən balacalara uşaq ədəbiyyatı, jurnal, CD və DVD-lərdə yazılmış nağıllar hədiyyə edilmişdir.