Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Neftçala rayon Heydər Əliyev Mərkəzi

Neftçala  Rayon Heydər Əliyev Mərkəzi 2007-ci idən fəaliyyət göstərir.  2014-ci ildə prezident cənab İlham Əliyevin rayonumuza gəlişi zamanı mərkəzin yeni binasının açılışı olmuşdur. O vaxtdan mərkəz - 28 may 2014-cü il tarixdən ikimərtəbəli binada yerləşir. Binanın sahəsi 4000 kv.m-dir. Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, 10 otaq, ikinci mərtəbəsində akt və konfrans zalları, 5 otaq yerləşir. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən muzey, elektron kitabxana, dil kursları, rəqs, dərzilik dərnəkləri, pnevmatik-tir, intellektual oyun otağı, kinozal, kafe fəaliyyət göstərir.

Muzeydə 486 ədəd eksponat sərgilənir. Eksponatlardan 334 ədəd kitab, 132-ədəd şəkil, 19 ədədi sənəd, bir ədədi Ulu Öndərin büstüdür.

Mərkəzin ştat vahidi səkkiz nəfər işçidən ibarətdir: direktor, baş fond mühafizi, böyük elmi işçi, bələdçi, nəzarətçi, bağban, iki nəfər xadimə.

Ünvan:
Neftçala şəhəri, Heydər Əliyev pr. 34
Telefon:

0212635028

Fax:

0212635028

E-mail:

neftcala.heydereliyevmerkezi@mail.ru

Url:
https://www.facebook.com/Neftçala-Heydər-Əliyev-Mərkəzi-1549811348568436/