Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Neftçala rayon Mədəniyyət Mərkəzi

Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi 2015-ci ilin iyul ayının 1-dən X.Məmmədov adına Neftçala Şəhər Mədəniyyət və İncəsənət Sarayı kimi fəaliyyət göstərmişdir. Saray 1989-cu ildə tikilib istifadəyə verilmişdir. Sarayın ümumi sahəsi 5100 kv.m-dir. Burada böyük və kiçik tamaşa zalları, geniş foye, Dövlət Rəsm Qalereyası, inzibati otaqlar, dərnək otaqları və digər təyinatlı otaqlar vardır.

Bugün X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi əhaliyə mədəni xidmət göstərən müəssisə kimi fəaliyyət göstərir. Burada illik və aylıq iş planlarına uyğun olaraq bayram şənlikləri təşkil olunur, anım günləri, digər əlamətdar günlərlə bağlı tədbirlər keçirilir. Əhalinin asudə vaxtının səmərəli təşkili də həmçinin Mərkəzin əsas predmetlərindən biridir.

 Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi 25 filial müəssisədən ibarətdir. Mərkəzin fəaliyyətinin predmeti xalq yaradıcılığının dəstəklənməsi, Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması, bərpası və inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkilindən ibarətdir. 

Telefon:

0212631591

E-mail:

mm@gmail.com