Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyi

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyi şəhər ərazisində 22 aprel 1980-cı ildən fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin ötən əsrin  70-ci illərdə muzeylər haqqında verdiyi xüsusi qərara əsasən Tarix-diyarşünaslıq Muzeyi 1980-cı ildən  2004-cü ilin oktyabr ayınadək Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında fəaliyyət göstərmişdir. 2004-cü ilin oktyabr ayında muzey 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə köçürülməklə uyğunlaşdırılmış şəraitdə fəaliyyət göstərməkdədir. Muzey ərazinin tarixinə dair  eksponatların toplanması, qorunması, diyarşünaslıq biliklərinin elmi tədqiqi və təbliği ilə məşğul olmaqdadır. Fəaliyyət göstərdiyi müddətdə muzeydə çox zəngin eksponat fondu yaradılmışdır. Bugün muzeyin əsas fondunda 11734 eksponat qorunub saxlanılır. Əsas fondun bölmələri - Arxeologiya, Numizmatika, Məişət-etnoqrafiya,  Fotoşəkillər, Sənədlər, Qəzetlər, Çap məmulatı, Əlyazmalar; Videomateriallar və Digər. Muzeyin ekspozisiyası dörd böyük zalda yerləşdirilib. Muzeydə ən qədim eksponat eramızdan əvvəl I minilliyin ortalarına aid gil küpədir. 2002-ci ildən ilk dəfə şəhərdə aparılan arxeoloji tədqiqat işləri təsdiq etdi ki , müasir Şirvan şəhəri respublikanın sənaye mərkəzi olmaqla yanaşı qədim tarixə malikdir. Belə ki , qazıntı yerində X-XII əsrlərə aid edilən orta əsr şəhər qalıqları və qəbirstanlıq aşkar edilmişdir.

Ünvan:
Şirvan şəhər 20 yanvar küç.1A
Telefon:

0212153426

E-mail:

shirvan_tarixdiyarshunasliq@mail.ru