Biləsuvar rayonu qərbdə İranla həmsərhəddir. Rayonun iqlimi isti və quraqlıq olması ilə fərqlənir. Biləsuvar pambıqçılıq yanaşı taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Biləsuvar adının mənşəyi barədə müxtəlif fərziyyələr mövcuddur. Bir fərziyyəyə görə bu ərazi «bilyər» və «suvar» adlı iki qəbilənin cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer olmuş və həmin qəbilələrin adlarının birləhdiyi yolu ilə buraya ad verilmişdir. Başqa bir fərziyyəyə görə isə Biləsuvar sözu «burada su var» sözlərinin transformasiyaya uğramış şəkildir. Şəhrin tarixini xatırlayarkən belə də izah etmək olar ki, Biləsuvar toponimi «atlı əsgərlərin və çaparların keçid yeri» mənasını verir. Şəhriyar qalası, Ağdam qülləsi, keçmişin hələ açılmamış sirlərini gizlədən Torağay və Nərgiz təpələri bu rayonun qədim mənşəyə malik olmasını sübut edir. Harada qalmaq olar Turistlər mehmanxansında və qonaq evində qala bilərlər. Harada nahar etmək olar Qonaqlar «Zirvə» klubunun Tel. 3 25 15 xidmətlərindən istifadə edə bilərlər. İmprovizə edilmiş kababxanalarda da ucuz qiymətə dadlı milli xörəklər yeyə bilərsiniz.