05.04.2018
Salyan rayon Mədəniyyət Mərkəzində Prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının fəalları ilə Mədəniyyət işçilərinin görüşü olmuşdur. Görüşdən sonra keçirilən seminarda ümumilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı vətənpərvərlik, dövllətçilik mövzusuna həsr olunmuş şeir, mahnı, rəsm müsabiqəsinin əsasnaməsi müzakirə edilmiş, 5 nəfərdən ibarət münsiflər heyəti seçilmişdir. Müsabiqə aprel ayının 15-dən may ayının 5-nə kimi qrafik əsasında bütün müəssisələrdə keçiriləcək.