18.10.2024
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bir sıra mədəniyyət müəssisələrində qeyd edilib. Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Salyan Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Tarix-Diyarşünaslıq Muzeyində, Neftçala Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzində keçirilən sərgi, açıq dərs və tədbirlərdə Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi və bu günün tarixi əhəmiyyəti haqqında məlumat verilib. Çıxışlarda ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlərdən və dünya şöhrətli siyasətçi, ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib, müstəqilliyimizin bərpa olunduğu gündən bugünədək respublikamızın siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışılıb.