Salyanın ticarət yollarının üstündə yerləşməsi bu sahənin inkişafını daha da sürətləndirib. Xüsusilə Şirvanşahların Muğan, Təbriz, İran şəhərləri ilə ticarət əlaqələrinin bu ərazidən ötməklə aparmaları yerli əhalinin tədricən dolanışıqlarının yüksəlməsinə eləcədə, iqtisadi imkanların zaman-zaman genişlənməsinə təkan olub. XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçib. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki ağ və zolaqlı bez aparılıb. Yaranan bu imkandan yararlanan salyanlılar o vaxtdan buralarda balıq vətəgələri, sənaye sahələri üzrə kiçik müəssisələrin təşkilinə başlayıblar. Artıq XX əsrin əvvəllərində Salyanda Mirxalıq Abdullayevə məxsus illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi var idi. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana. 11 mədrəsə fəaliyyət göstərirdi.
Uzun illər yalnız kənd təsərrüfatının inkişafı, nəzərə çarpacaq dərəcədə irəli getsə də Ulu öndərin 1969 cu ildə ölkə rəhbərliyinə gəlməsi, iqtisadiyyatın bütün sahələrinin paralel irəliləməsinə təkan oldu. 1970-1982-ci illərdə milli liderin diqqət və qayğısı sayəsində Salyanda kənd təsərrüfatı istehsalı sahəsində 4 dəfəyədək artım qeydə alındı.
1970-1980-cı illərdə Salyan rayonunda Plastik Kütlə Emalı, Elektrik Qaynaq Avadanlıqları, Dəmir-Beton Məmulatları, Spirtsiz İçkilər zavodları, Taxıl Məhsulları Kombinatı tikilib istifadəyə verildi. Mövcud sənaye obyektləri yenidən qurulmaqla və istehsal gücü artırılıb. Həmçinin rayon mərkəzində 400 yerlik mədəniyyət evi, ümumi sahəsi 49,6 min kvadrat metr olan yaşayış evləri, 76 №-li Texniki peşə məktəbi, Mərkəzi univermaq, Avtovağzal binası, Mərkəzi kitabxana, Tarix-diyarşünaslıq muzeyi, 440 çarpayılıq Mərkəzi xəstəxana, rayon partiya və icraiyyə komitələrinin inzibati binaları, 3552 şagird qəbul edən ümumtəhsil məktəbləri, 416 yeri olan məktəbəqədər uşaq müəssisələri tikilib istifadəyə verilib.
1980 cı illərin sonunda və 1990 cı illərin əvvəllərində ölkədə gedən ictimai-siyasi proseslər rayonun iqtisadiyyatına öz mənfi təsirini göstərsə də Azərbaycanın yeganə xilaskarının rəhbərliyə qayıdışı ilə tənəzzül aradan qaldırıldı və iqtisadi imkanlar yenidən bərpa olundu. Hazırda bu uğuru ulu öndərin varisi cənab prezident İ. Əliyev layiqincə davam etdirir. Belə ki, həyata keçirilən iqtisadi islahatlar, Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı istiqamətində görülən tədbirlər, sahibkarlığın inkişafı sahəsində aparılan işlər Salyan rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına stimul oldu. 2003-2010 cı illərdə 10823-ü daimi olmaqla 15242 yeni iş yeri açılıb. Ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2010-cu ildə 3 dəfə artaraq 141,3 milyon manata çatıb. O cümlədən sənayedə 6,6 dəfə ( 23,4 milyon manata), kənd təsərrüfatında 3.8 dəfə ( 76,3 milyon manatlıq) artım qeydə alınıb. Əsas kapitala yönəldilən investisiyalar 29 dəfə artaraq 28,8 milyon manat, ayrıca tikinti-quraşdırma işlərinin həcmi 24 dəfə artaraq 21,5 milyon manat təşkil edib. Nəqliyyat və rabitədə 2.2 faizə qədər (3114.1 min manatlıq), ticarətdə isə 25.3 faiz (35732 min manatlıq) artım qeydə alınıb.
Rayonda istehsal olunan məhsullar (pambıq, plastik məmulatlar, konservləşdirilmiş kənd təsərrüfatı məhsulları) xarici ölkələrə ixrac olunur. Aparılan tədbirlərin nəticəsidir ki, indi rayonda dünya standartlarına cavab verən 15-dən çox müasir istehsal və emal müəssisələri fəaliyyət göstərir. Hazırda rayonun iqtisadiyyatının əsasını sənaye sahələri, neft-qaz hasilatı, kənd təsərrüfatı, tikinti materialları və ticarət təşkil edir.
Təbii ehtiyatları - neft, qaz, qum-gil ehtiyatları və s.
Tikinti
Son illər ölkə iqtisadiyyatının güclənməsi və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Salyan rayonu da ilbəil gözəlləşir. Küçə və xiyabanlar yenidən qurulur, rayonda yeni istirahət parkları salınır. Müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələri inşa edilir. Mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzidə yaradılıb. Bir sözlə əhalinin rahatlığını təmin etmək üçün abadlıq quruculuq işlərinə son 5 ildə (2005-2010 ci illər) 40408064 manat vəsait xərclənib. Digər bir faktla qeyd edək ki, təkcə 2008 ci ildə abadlıq-quruculuq, təmir bərpa işlərinə 16781839 manat sərf olunub ki, buda 2004 cu ildəkindən ən azı 8 dəfə çoxdur.
Tikinti işlərinə çəkilən xərclər:
2005-ci ildə xərclənən vəsait - 2 313 201 manat.
2006 -ci ildə xərclənən vəsait - 4 557 607 manat.
2007-ci ildə xərclənən vəsait- 9 008 988 manat.
2008-ci ildə xərclənən vəsait -16 781 839 manat.
2009-cu ildə xərclənən vəsait - 4 269 446 manat.
2010-cu ildə xərclənən vəsait - 3 476 983 manat.
Kənd təsərrüfatı
XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçib. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılıb. Yaranan bu imkandan yararlanan salyanlılar o vaxtdan buralarda balıq vətəgələri, sənaye sahələri üzrə kiçik müəssisələrin təşkilinə başlayıblar. Digər sahələrə də maraq böyük olub, əsasən də pambıq və taxılçılığa. Hazırda da kənd təssərüfatı, xüsusən də əkincilik və maldarlıq Salyan rayonunun iqtisadiyyatının əsasın təşkil edir. Sovet hakimiyyəti illərində də Salyan əsasən aqrar rayon kimi tanınıb. Burada pambıqçılıq, maldarlıq, üzümçülük, bostan məhsullarının istehsalı iqtisadiyyatın aparıcı seqmenti olub.
1970-1982-ci illərdə Ulu Öndərin diqqət və qayğısı sayəsində Salyanda kənd təsərrüfatı istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilib. Bu illərdə Salyan pambıqçılıqda böyük şöhrət qazanıb, 1969-cu ildə 8,7 min ton məhsul istehsal olunduğu halda, 1980-cı ildə bu göstərici 30,1 min tona çatdırılıb. Məhsuldarlıq isə hər hektardan 9,6 sentnerdən 32,8 sentnerə yüksəldilib. 1970-ci ilə nisbətən 1980-cı ildə taxıl istehsalı 3,4 dəfə artmışdı.Həmçinin heyvandarlıq məhsulları istehsalı sahəsində də yüksək göstəricilər əldə edilib. Belə ki, 1982-ci ildə 1970-ci ilə nisbətən ət istehsalı 3,3 dəfə, süd istehsalı 3,0 dəfə, yumurta istehsalı isə 3,7 dəfə yeksəlib.
İnkişaf yolunda olan kənd təssərüfatı sektoru ümummilli lider H. Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dinamik yüksəliş dövrunə qədəm qoydu. Ölkəni iqtisadi tənəzüldən cıxaran ulu öndər ərzaq ehtiyyatlarını artırmaqla əhalinin ərzağa olan ehtiyacını ödəmək və məşğuluğunu artırmaq, həmcinin ixracatı yüksəltmək məqsədilə kompleks tədbirlər həyata kecirdi.
Bu iqtisadi kursu inkişaf və davam etdirən dahi şəxsiyyətin varisi prezident İ.Əliyevin qayğısı sayəsində kənd təssərüfatında demək olar inqilab oldu.Yeni istehsal və emal müəssələri yaradıldı və hazırda da davam etdirilir. Kənd təsərüfatının bütün sahələrində müasir texnalogiyanin tətbiqi istehsali artırmaqla yanaşı kəndlilərin gəlirlərini də yüksəltdi. Əldə edilən naliyyətlərə nəzər salanda görürük ki, 2004-cü ildən 2010-cü ilə kimi Salyanda təkcə ümumi məhsul istehsalı 3 dəfədən cox artaraq 141 milyon manata catıb,bunun da 60% qədəri kənd təsərüfatının payına düşür. Ayrıca kənd təsərüfatında isə 3.8 dəfə yüksəlmə qeydə alınıb. Ümumilikdə 2010-cu ildə 77 milyon manata yaxın kənd təssərüfatı məhsulu istehsal olunub. Adam başına düşən gəlir artaraq 620 manatı ötüb ki,bu da 7 il əvvəllə müqayisədə ən azı 400 manat coxdur. Ötən müddət ərzində müasir tələblərə cavab verən 20 yeni istehsal və emal müəssələri yaradılıb. Sovet dönəmnində mövcud olmuş, son dövrlər isə sıradan çıxmış xeyli müəssisənin fəaliyyəti yenidən bərpa olunub. Görülən tədbirlərin nəticəsi olaraq kənd təssətüfatı sahəsində ümumilikdə 10 mindən cox daimi və 4500 mövsümü iş yerləri acılıb.Yeni texnalogiyanın tətbiqindən sonra yüksək keyfiyyətli kənd təssərüfatı məhsullarının istehsal da artıb. Bu addımlar xaricə ixrac edilən məhsulların ceşid və cəkisini əhəmiyyətli dərəcədə coxaldıb. Hazırda Salyanda istehsa edilən məhsulların əsas hissəsi MDB dövlətlərinə həmcinin ABŞ, Yunanıstan, Almaniya, Polşa İsrail və s. Dövlətlərə realizə olunur.
Mövcud durum
Hidrotexniki qurğuların sayı - 4288
Meliorasiya-irriqasiya sistemləri - 3604000 metr
Aqrotexservis mərkəzlərinin sayı - 2
Damazlıq təsərrüfatlarının sayı - 1
Toxumçuluq təsərrüfatlarının sayı - 16
Ailə-kəndli təsərrüfatlarının sayı - 16534
Hazırda rayon ərazisinin 59,8%-i və ya 95905 hektarı kənd təsərrüfaına yararlı torpaqlardır. Bunun da ən böyük hissəsini 36958 hektarını əkin yeri təşkil edir. Bununla belə zəhmətkeş salyanlılar az yararlı torpaqlardan da istifadə edərək məhsul bolluğuna nail ola biliblər. Son göstəricilərə görə hazırkı əkin yerləri belə bölünüb:
Kənd təsərrüfatı bitkilərinin əkin sahələri, cəmi - 43,397 min hektar
Dənli və dənli-paxlalı bitkilər - 17,54 min ha
Pambıq - 1,46 min ha
Kartof - 0,45 min ha
Tərəvəz - 1,54 min ha
Bostan məhsulları - 1,20 min ha
Meyvə və giləmeyvə bağları - 0,81min ha
Üzüm bağları - 1,19 min ha
Otlaq və biçənəklər isə - 31,853 min hektar
Suvarılan torpaq sahələri - 44,892 min hektar
Sair - 19,20 min ha
Salyan rayonunun Qaraçala qəsəbəsində «Hacı-Camalxan» kəndli fermer təsərrüfatında 2007-ci ildə sutkalıq istehsal gücü 150 ton olan konserv zavodu tikilib istifadəyə verilmişdir. Zavodun ümumi sahəsi 12 min m2 və ya 1,2 hektardır. Zavod 1 şirə sexindən, 2 anbar binasından, 1 inzibati binadan və 1 köməkçi binadan ibarətdir. Zavoda il ərzində 800 min şərti bankadan çox meyvə-tərəvəz konservləri, tomat pastası, müxtəlif növ mürəbbələr, cemlər və şirələr istehsal edilir. Zavoda 150 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Hal-hazırda zavodda 40 nəfər çalışır. Zavodda 68 növdə tərəvəz və meyvə marinadları, mürəbbələr, nar emalı məhsulları, zeytun konservləri istehsal edilir. Zavodda 3 adda yeni növ konserv məhsullarının texniki şərtlərinin hazırlanması, dövlət qeydiyyatından keçirilməsi və istehsalda tətbiqinə nail olunmuşdur. Bu çeşidlər aşağılardakından ibarətdir: «Nar dənələri öz şirəsində», «Nar ketçupu», «Payız tərəvəz salatı»dır.
Zavodun istehsal etdiyi məhsulların 30-35 faizi respublkanın daxili bazarlarında realizə edilir, qalan 65-70 faizi isə keçmiş ittifaq respublikalarında Rusiya Fedirasiyası, Belarus, Ukrayna, Qazaxıstan və Moldava Respublikalarına, Yunanıstan, Amerka Birləşmiş Ştatları, Israil və Almaniya dövlətlərinə ixrac edilir.
Zavodun əsas istehsal sahəsi olan şirə sexi 1248 m2 sahəni əhatə edir. Şirə sexində 2 böyük və 2 kiçik giriş-çıxış qapıları vardır. Zavodun şirə sexində tomat-pasta və meyvə-tərəvəz marinadı xətlər quraşdınlmışdır.
Zavodda hər birinin sahəsi 1171,2 m2 olan 2 ədəd məhsul saxlamaq üçün anbar vardır. Anbarların hər birində 2 ədəd giriş-çıxış qapıları mövcuddur. Bundan əlavə zavodun fəaliyyətini təmin etmək məqsədilə 192 m2 sahədə qazanxana tikilmişdir. Qazanxanada saatlıq məhsuldarlığı 1 ton və 6 ton olan 2 ədəd buxar qazanları quraşdırılmışdır. Qazanxananın 2 ədəd giriş-çıxış qapılan vardır.
Zavodun inzibati binası 240 m2 inşa edilmişdir ki, 8 otaqdan ibarətdir. Onlardan 2 otaq işçi kabinet, bir ədəd lobaratoriya otağı, 1 ədəd yeməkxana, 2 ədəd soyunub geyinmə otaqları və 2 ədəd duşxanadan ibarətdir.
Zavodun köməkçi binası 100 m2 sahədə inşa edilmişdir ki, 4 otaqdan və koridordan ibarətdir. Otaqlardan 3 ədədi işçilərin istirahət otaqları, 1 otaq isə gözətçi üçün nəzərdə tutulmuşdur.
Nailiyyətlər
Son illər Salyan rayonunda kənd təsərüfatının bütün sahələrində nəzərəçarpacaaq artım qeydə alınıb. Xüsusilə, heyvandarlıq, bostan və tərəvəzçilik, həmcinin üzümçülük daha da cox inkişaf edib.
2004-cü ildə rayon üzrə 17180 hektar taxıl sahəsindən 49942 ton
2011-ci ildə isə 17219 hektar taxıl sahəsindən isə 37275,2 ton məhsul yığılıb
Əvvəlki illərə nisbətən 2010-cu ildə məhsuldarlığın aşağı olması taxıl sahələrinin çiçəkləmə dövründə rayon ərazisində əvvəlki illərdən fərqli olaraq hava şəraitinin yağmurlu keçməsi və Kür çayında olan daşqınların nəticəsində əkin sahələrinin suvarılmasında problemlərin yaranması, eləcədə əkin sahələrinə qrunt sularının çıxması ilə əlaqədər olmuşdur.
Əvvəılki illər
2004-cü ildə 78 hektar qarğıdalı sahəsindən 210,6 ton 2010-ci ildə isə 319 hektardan 1785,3 ton məhsul toplanıb.
2004-cü ildə 248 hektar kartof sahəsindən 2142,2 ton 2010-ci ildə isə əkincilər 452,0 hektar sahədə 3992,3 ton kartof yetişdiriblər.
2004-cü ildə 1191 ha tərəvəz sahəsindən 4425,7 ton 2010-ci ildə isə 1536 hektar tərəvəz sahəsindən 9182,4 ton məhsul tədarük olunob.
2004-cü ildə 727 ha bostan sahəsində 2218,7 ton 2010-ci ildə isə 10704 ton məhsul istehsal olunub.
2004-cü ildə 141 ha meyvə sahəsindən 1970,2 ton 2010 ci ildə isə 810 hektar meyvə bağından 2544,7 ton yüksək keyfiyyətli məhsul yığılıb.
2004-cü ildə 3712 ha pambıq sahəsindən 5744,7 ton 2010-ci ildə isə1463.5 ha sahədən 1243.3 ton ağ qızıl tədarük olunub.Azalma hava şəraitinin əlverişsiz kecməsi və bu sahəyə marağın azalması ilə əlaqədar olub.
2004-cü ildə 275 ha üzüm sahəsindən 710.5 ton 2010-ci ildə isə1190 ha üzüm bağlarından 4493.4 ton məhsul yığılıb.
2004-cü ildə 12900 ha yonca sahəsindən 46016,6 ton 2010-ci ildə isə 18985,5 hektar sahəsindən 89252 ton yemlik ot toplanılıb.
Mal-qara və quşların sayı
2004cu ilə nisbətən İri buynuzlu mal-qaranın sayı 6 min başadək artırılaraq 2010 -cı ildə 54 mindən 60 267 baş qədər coxalıb
xırda buynuzlu heyvanlar178 573 başdan artaraq 198 694 başa catıb
Quşların sayı 2004 cü ildəkindən 1.5 dəfə yüksələrək 2010 cı ildə 651 195 başa catıb.
heyvandarlıq məhsullarının istehsalı
Mal-qara və quş əti ( kəsilmiş çəkidə )son 7 ildə 3938 tondan 4164 tona yüksəldilib
Süd istehsalı 2004 cu illə müqayisədə 7006 ton coxalaraq 2010 cı ildə 40000,0 tona catıb
Yumurta 2004 cü ildə 19106min ədəd olubsa hazırda isə 22000,0 min ədəd təşkil edir
Yun 2004 cü ildə ( fiziki çəkidə ) 284 ton, 2010 cı ildə isə 378,1 ton olub.
Sair - 89252,0 ton
Üzümçülük
Rayonda və eləcədə respublikada Xələc süfrə üzüm sortları öz adı ilə kifayət qədər məhşurdur. Ümumilikdə Salyan rayonunda 1190 hektar üzüm bağları vardır ki, bununda 839 hektarı bar verən üzüm bağlarıdır. Belə ki, rayonun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü, Kürsəngi inzibati ərazilərində fərdi təsərrüfatlarda yerli ağ Ağadayı, qara Ağadayı, Qara Mərəndi, Ağ Mərəndi, Mahmudu, Qara yerli üzüm, Qara və Ağ dərbəndi üzüm sortları əkilib becərilir. Bundan başqa rayonda «Ələddin Fermer» MMC və «NNEM Fermer təsərrüfatı» MMC kimi iri təsərrüfatlarda süfrə və texniki üzüm sortları əkilib becərilir. Bu təsərrüfatlarda Qara və Ağ kişmişi, Qırmızı kişmişi, Redqlob və İtaliya sortu kimi süfrə üzüm sortları, Kabardin Semyon kimi texniki üzüm sortları əkilib becərilir. Bu təsərrüfatlarda bundan başqa nar və meyvə bağları da salınmışdır.Hər iki təsərrüfatın soyuducu anbarlar kompleksi, tara sexi vardır. Bundan başqa «NNEM Fermer təsərrüfatı» MMC-də illik istehsal gücü 100 min dekalitr olan şərab zavodu tikilir.
Balıqçılıq
Rayonun Şorsulu, Sarvan, Arbatan, Həsənli və Kürsəngi inzibati ərazilərində nohur balıqçılığı inkişaf etməkdədir. Rayonda 2000 hektara yaxın ərazidə sahibkarlar nohur balıqçılığı ilə məşğul olurlar. Həmin nohurlarda çəki, belomor, karp və talstolob balıq sortları yetişdirilir.